MN: Düşmənin hərbi texnikası və infrastrukturu məhv edildi

Azərbaycan HHQ-si düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib.

Müstəqil.Az bildirir ki, bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik bildirib ki, oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirməyə davam edir.

Müstəqil.Az

Share: