Misirdə sərnişin avtobusu kanala düşüb: Azı 20 nəfər həlak olub

Misirin şimalında, Qəhliyyə əyalətində sərnişinlə dolu avtobus kanala düşüb.

Qəza nəticəsində azı 20 nəfər ölüb, 16 nəfər yaralanıb.

Yerli mətbuatın yazdığına görə, qəza avtobusun nasazlığı nəticəsində baş verib.

Sürücü sükanı tərk edərək həyatını xilas edə bilib. Hazırda hüquq mühafizə orqanları onu dindirir.

Mənbə: Al-Masry Al-Youm

Share: