Misirdə rus rəqqasə sərbəst buraxıldı

Misirdə açıq-saçıq geyiminə görə həbs edilmiş rusiyalı rəqqasə Yekaterina Andreyeva ötən gün azadlığa buraxılıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə Yekaterinanın özü İnstaqram səhifəsində yazıb. O qeyd edib ki, haqq öz yerini tapıb və onu sərbəst buraxıblar. Lakin Andreyeva ölkədən deportasiya olunacağını da bildirib.

Xatırladaq ki, libaslarına görə saxlanılan rəqqasə ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb. O, geyimlərinin misirli rəqqasələrin libaslarından fərqlənmədiyini bildirib.

Yekaterinanın vəkili Muhammed Salih müvəkkilinin kostyumlarının Turizm Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara uyğun olduğunu və Andreyevanın Misirdə iş icazəsi olan yeganə əcnəbi rəqqas olduğunu söyləyib.

Müəllif: Ayxan

Share: