ABŞ təyyarəsi Rusiyaya gərginlik yaşatdı

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə Rusiyanın qərb sərhədlərinə yaxınlaşıb.

Müstəqil.Az  xəbər verir ki, ABŞ-a məxsus RC-135V tipli təyyarə Litva və Polşa hava məkanından keçərək Kalininqrad vilayətinin ətrafında dövr edib.

Qeyd edək ki, daha öncə də eyni tipli təyyarə Baltik dənizinin neytral səmasında uçuş həyata keçirib. Bu il ərzində isə ABŞ təyyarələrinin 14 dəfə Rusiyanın qərb sərhədlərinə keçdiyi bildirilib.

Share: