Misirdə avtobus kanala düşdü, 20 nəfər öldü

Misirdə avtobus su kanalına düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nəticədə 20 nəfər həlak olub, 6 sərnişin isə yaralanıb.

Məlumatda bildirilib ki, sürətlə hərəkət edən avtobus yoldan çıxaraq su kanalına düşüb.

Qeyd edək ki, avtobusda 35 sərnişin olub. Kanala düşən 13 nəfər xilas edilib.

Yaralananlar vilayət xəstəxanasına çatdırılıb.


Share: