Misir və İsrail Qəzza zolağı ilə sərhəddə keçid məntəqəsi açmağa razılaşıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Misir və İsrail Rəfah keçid məntəqəsini açmaq barədə razılığa gəliblər.

Bu barədə ABŞ-dən olan mənbə məlumat verib.

Qeyd olunur ki, tərəflər Rəfah keçid məntəqəsini saat 12:00-dan 17:00-dək (Bakı vaxtı ilə saat 13:00-dan 18:00-a qədər – red.) açmaq və regionda vəziyyətin pisləşməsi ilə əlaqədar oradan çıxa bilməyən ABŞ vətəndaşlarının Qəzza zolağından çıxma imkanının təmin edilməsi barədə razılığa gəliblər.

Eyni zamanda, mənbə dəqiqləşdirib ki, ABŞ-də sazişin həyata keçirildiyinə dair təsdiq yoxdur.

Bundan əvvəl BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirmişdi ki, İsrail hökuməti İsrail Müdafiə Ordusunun (SAXAL) quru əməliyyatına başlamazdan əvvəl Qəzza zolağının sakinlərini təxliyə etmək üçün bir gün vaxt verib. Onun sözlərinə görə, sərəncam Vadi Qaza məntəqəsinin şimalında yaşayan insanlara şamil edilir. Onlardan 24 saat ərzində rayonun cənubuna köçmələri istənilib.

Mənbə: France Presse

Share: