Misir kralının qol saatları hərracda rekord məbləğdə satışda…

Müstəqil.az “Arab News” qəzetinə istinadən xəbər verir ki, Misirin sonuncu kralı Fərruxun qol saatları Dubayın Christie’s ticarət evinin hərracında naməlum alıcıya 912,5 min dollara satılıb.
Maraqlıdır ki, bu saatlar əvvəldən 800 min dollar məbləğində dəyərləndirilib.
İsveçrənin tanınmış Patek Philippenin markası 18 karatlıq qızıldan və dəri kəmərdən hazırlanan bu saatı məxsusi olaraq monarx üçün 1944-cü ildə hazırlayıb. Saatın üstündə ulduz və hilal qravürü işlənib, aşağısında kralın adının baş hərfi-F həkk olunub.
1518 nömrəsi ilə cəmi 281 ədəd saat hazırlanıb. Məlumdur ki, saat evi bu seriyadakı saatlarda bütün dünya istehsalçıları arasında ik dəfə olaraq əbədi təqvim və xronoqrafı birləşdirib.

Share: