Mingəçevirdə 47 yaşlı şəxsin meyiti tapıldı

Mingəçevir şəhərində 47 yaşlı kişinin meyiti tapılıb.

“Qafqazinfo”nun məlumata görə, dünən günorta saatlarında şəhər şərasizində 1976-cı il təvəllüdlü Ceyhun Şirin oğlu Şabanovun meyiti aşkar edilib. Onun üzərində ilkin baxış zamanı hər hansı xəsarət müəyyən edilməyib.

C.Şabanovun hansı səbəbdən vəfat etməsinin müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.


Share: