Mina Rəşidin “Zəfərdir mənim adım” kitabının imza günü keçirilib

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə noyabrın 11-də başlanan Bakı Ekspo Mərkəzində başlanan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi davam edir.

Müstəqil.Az xəbər verir ki, Sərginin ikinci günü, noyabrın 12-də “Vətən səsi”nin əməkdaşı, uşaq yazıçısı Mina Rəşidin yenicə işıq üzü görən “Zəfərdir mənim adım” adlı şeirlər kitabının da imza günü keçirilib. “Təhsil” nəşriyyatında çap olunmuş kitabda müəllifin vətənpərvərlik mövzusunda yazdığı şeirlər toplanıb.

398586246_873181321207365_5450666627598112345_n.jpg

Xatırladaq ki, Mina Rəşidin atası Birinci Qarabağ mühribəsinin mülki şəhididir, iki qardaşı isə qazidir. Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı olan Mina xanımın indiyədək 8 kitabı işıq üzü görüb. Onlardan 6-sı məhz uşaq ədəbiyyatına aiddir. Onun yeganə nağıl kitabı Türkiyədə “Asmaltı” nəşriyyatının hesabına çap edilib.

Mina Rəşid bir çox ədəbi müsabiqələrin, o cümlədən, Mədəniyyət Nazirliyinin 2020-ci ildə keçirdiyi “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”ndə esse janrı üzrə 1-ci yerin qalibidir.
Müstəqil.Az

Share: