Millimizin hücumçusu qol vurdu, komandası evdə qələbəyə sevindi – VİDEO

İsveçrə Super Liqasının maraqlı görüşlərindən biri Sürixdə keçirilib.

Oxu.Az xəbər verir ki, “Qrasshoper” öz meydanında “Bazel”i qəbul edib.

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi meydan sahibləri İsveçrə nəhəngini evə əliboş yola salıblar.

Renatın qolu matçda yeganə olub. O, 34-cü dəqiqədə fərqlənərək komandasına 1:0 hesablı qələbə qazandırıb.

Matça start heyətində başlayan Dadaşov 67-ci dəqiqədə əvəzlənib.

Millimizin üzvünün qolunu təqdim edirik:

Share: