Millimiz İsveçə qarşı  

Millimiz bu gün Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, yığmamız F qrupunda 2-ci turda İsveçin qonağı olacaq. Solna şəhərindəki “Frends Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qrupun digər matçında Avstriya  Estoniyanı qəbul edəcək.

Qeyd edək ki, Azərbaycan bu turnirdə ilk turda Avstriyaya 1:4 hesabı ilə uduzub.

F qrupu

22:45. İsveç – Azərbaycan 

22:45. Avstriya – Estoniya

 


Share: