Milli maraqlara yönəlik istənilən təhdid beşiyindəcə boğulacaq

Milli maraqlara yönəlik istənilən təhdid beşiyindəcə boğulacaq.

xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat deyib ki, elan edilmiş növbədənkənar prezident seçkiləri sağlam siyasi rəqabət şəraitində yeni reallığa keçidi təmin edən demokratik imkanıdır:

“Azərbaycan Xalqı hərbi-siyasi qələbələrimizdən doğan yeni reallığa, yalnız İlham Əliyevlə adlamağı arzulayır və bu mənada Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyini müəyyən etməklə ilk növbədə xalqın tələbini, cəmiyyətin təkidli sifarişini yerinə yetirmiş oldu. Bu gün heç bir siyasi qüvvənin İlham Əliyevin namizədliyi qarşısında şansı yoxdur, amma bu prosesdə hər kəsə cəmiyyətin və dövlətin siyasi həyatında, habelə dövlətin idarə olunmasında iştirak etmək hüququnu reallaşdırmaq üçün sağlam şərait yaradılıb. Antimilli ünsürlərin isə bu dəfə də prosesdən kənarda qalması əslində xəyanətkar, təxribatçı və qorxaq mahiyyətin ifadəsidir. Boykot cəhdi əslində bu dərnəklərin təxribatçı mahiyyətinin ifadəsidir və yeganə məqsəd də budur ki, siyasi sabitlik pozaraq ölkənin daxili məsələlərinə müdaxilə arzusunda olan xarici qüvvələr üçün fürsət yaratsınlar. Amma hər kəs başa düşməlidir ki, İlham Əliyevin qurduğu nizamı nə bu gün nə gələcəkdə heç bir xarici və daxili ünsür zədələyə bilməz. İndi ənənəvi destruktiv Qərb strukturları bu reallığın fərqindədir və Avropa Parlamentinin bir qrup korrupsioner deputatı da başda olmaqla bəzi dairələr beynəlxalq ictimaiyyət adından ölkəmiz əleyhinə saxta bəhanələr altında seçki öncəsi bəyanatlar verməyə başlayıblar. Amma möhtərəm Prezidentin ifadə etdiyi kimi “200-dən çox ölkə var, 20-30 ölkə özünü necə beynəlxalq ictimaiyyət saya bilər? Beynəlxalq ictimaiyyətin Azərbaycana real baxışının göstəricisi 3-5 korrupsioner deputatın, yaxud çürümüş neoimperialistlərin bəyanatları yox, 200-ə yaxın ölkənin yekdil rəyi ilə dünyanın ən mötəbər tədbirlərindən biri olan COP 29-un ev sahibliyini Azərbaycana həvalə etməsidir. Bu, İlham Əliyevin də ifadə etdiyi kimi, bizə olan ehtiramın ifadəsidir və bu ehtirama möhtərəm Prezidentin qətiyyəti ilə nail olmuşuq”.

Share: