Milli Kitabxanada şair-publisist İlham Qəhrəmanın 60 illik yubileyi münasibətilə kitab sərgi…

Müstəqil.Az bildirir ki, Aprelin 24-də Azərbaycan Milli Kitabxanasında şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü İlham Qəhrəmanın (Qəhrəmanov İlham Umud oğlu) anadan olmasının 60 illik yubileyi münasibətilə “İlham Qəhrəman – 60” adlı kitab sərgisi açılıb.

Milli Kitabxanadan  bildirilib ki, sərgidə şairin əsərləri, tərtib etdiyi, “Ön söz” yazdığı, redaktoru olduğu, tərcümə etdiyi və şair haqqında yazılan kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.(Azərtac)

Share: