Millətlər Liqası: Macarıstan Almaniyanı, İtaliya İngiltərəni məğlub etdi

UEFA Millətlər Liqasının qrup mərhələsində V turun digər oyunları keçirilib.

Oxu.Az-ın məlumatına görə, A, B, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.

A Liqasının 3-cü qrupunda Macarıstan səfərdə Almaniyanı 1:0 hesabı ilə məğlub edərək liderliyini qoruyub. İtaliya isə İngiltərəyə eyni hesabla qalib gəlib. Bu nəticələrdən sonra britaniyalılar B Liqasına düşüb.

Monteneqroya qalib gələn Bosniya və Herseqovina millisi A Liqasına vəsiqəni rəsmiləşdirib. B Liqasındakı digər matçda Finlandiya Rumıniya ilə heç-heçə edib – 1:1.

Şimali Makedoniyanı 2 cavabsız qolla üstələyən Gürcüstan yığması B Liqasına yüksəlib. Bolqarıstana 1:5 hesabı ilə uduzan Cəbəllütariq isə D Liqasına enib.

Nəhayət, Maltanı 2:1 hesabı ilə məğlub edən Estoniya seçməsi C Liqasına vəsiqə qazanıb.

UEFA Millətlər Liqası
V tur

A Liqası

3-cü qrup

Almaniya – Macarıstan – 0:1

Qol: Adam Salai,17

İtaliya – İngiltərə – 1:0

Qol: Cakomo Raspadori

Xal durumu: Macarıstan – 10, İtaliya – 8, Almaniya – 6, İngiltərə – 2

B Liqası

3-cü qrup

Bosniya və Herseqovina – Monteneqro – 1:0

Qol: Ermedin Demiroviç, 45+1

Finlandiya – Rumıniya – 1:1

Qol: Teemu Pukki, 12 – Florin Tanase, 52

Xal durumu: Bosniya və Herseqovina – 11, Monteneqro – 7, Finlandiya – 5, Rumıniya – 4.

C Liqası

4-cü qrup

Gürcüstan – Şimali Makedoniya – 2:0

Qol: Boyan Miovski, 35 (avtoqol). Xviça Kvaratsxeliya, 65

Bolqarıstan – Cəbəllütariq – 5:1

Qol: Valentin Antov, 23. Kiril Despodov, 36 – Roy Çipolina, 26. Radoslav Kirilov, 52. İliyan Stefanov, 55. Marin Petkov, 81

Xal durumu: Gürcüstan – 13, Şimali Makedoniya – 7, Bolqarıstan – 6, Cəbəllütariq – 1.

D Liqası

2-ci qrup

Estoniya – Malta – 2:1

Qol: Rauno Sappinen, 45+6. Henri Anier, 86 – Teddi Teuma, 51

Qırmızı vərəqə: Jean Borq, 45 (Malta)

Xal durumu: Estoniya – 9, Malta – 6, San marino – 0

Share: