“Millətin şüurunun qarşısını almaq üçün yad bir ideologiyanın sırınmasına artıq nail olunmuşdur.NƏSİMİ-650” – İlqar Türkoğlu yazır…

NƏSİMİ-650

Bu qonuda məqsədim Nəsimini elm müstəvisinə daşımaq deyil, təəssüf ki, bugünə kimi Azərbaycan insanına, türk dünyasına onun olduğu kimi tanıdılmaması haqqında qısaca da olsa,şəxsi düşüncələrim və buna yönəlik bəzi iradlarımı söyləməkdir.

Biz Hürufiliyi daha çox Nəsiminin yaradıcılığında öyrənirik. Nəsimişünaslar yaxşı bilirlər ki, Cavidannamənin orijinalı Azərbaycanda yoxdur.Hürufiliyin canı isə Cavidannamədədir. Onu ancaq Türkiyə türkcəsində, dağınıq, təhrif olunmuş bir formada oxumaq mümkündür. Biz orada hürufilik yox, molla şüurunu görə bilərik. Orda Nəsimi yoxdur, heç Azərbaycan da yoxdur. Hürufilikdən kənar Nəsimini dərk etmək, öyrənmək mümkünsüzdür. Hürufiliyi masson faktı kimi dəyərləndirənlər də var. Onu İudaizmdə olan kabbalizmə bağlayırlar, ona bənzədirlər. Bu ayrıca bir mövzunun qonusu olduğu üçün geniş yazmıram. Bildiyiniz kimi, 14-15 ci əsrdə hürufiliyi açıq ortaya qoymaq çox çətin idi. Nəsimi Nəimi ilə rastlaşana kimi fərqli baxışlara malik olub, daha çox sufi idi. Bu tanışlıqdan sonra Nəsimi daha kamil bir yönə istiqamətlənib.Bildiyimiz kimi Nəsiminin adı Seyid Əli, Babəkin isə Həsən idi. Təbii, bu adları onlara valideynləri qoymuşdu. Valideynləri müsəlman olan bu insanlar daha çox modda olan ərəb və fars adlarına üstünlük verirdilər. Millətin şüurunun qarşısını almaq üçün yad bir ideologiya, yad bir dinin sırınmasına artıq nail olunmuşdur.

“Məndə sığar iki cahan, mən bu cahana sığmazam,

Gövhəri laməkan mənəm, kövnü məkana sığmazam”

Dində kövnü məkana sığmayan Allahdı, Nəsimidə isə, İnsan. Bu açıdan: “Həq mənəm, Həq məndədir”. Bu, böyük məna yükü daşıyan, İnsan həqdir, İnsanlıq həqdir, anlamına gəlir.

Deyirlər Nəsiminin dərisini soymayıblar. Bunu böyük elmi rütbələri, “titulları” olanlar deyir. Onlar “nə olursa olsun, bircə millət yad ideologiyalar məngənəsindən qurtulmasın” prinsipinin daşıyıcıları olan özümüzünkülərdir. Beləcə, öncə şüurumuz, sonra vətənimiz işğal olundu. Teymur hürufiləri diri- diri divara hördürdü. Teymur səltənəti dağılsa da, hürufilik bugün də yaşayır.

2019-cu il tarixdə ərəblərin Babəki-Babək Atanı edam etməsinin 1181, Nəsiminin edamının isə 602 ili tamam olur. Digəl ki, türkə- ulusumuza görünməmiş soyqırım yaşadan, Babəkini, Nəsimisini qəddarcasına edam edən ərəbə min ildi yas tutmaqda davam edirik. Onun ayağı dəyən yerləri ocağa, pirə çevirmişik. Ərəblərin uydurduğu, farsların ustalıqla söylədiyi nağıllarda uyumaqla unuduruq bu faciələri.

Bilirsinizmi, nədən türklər rus imperiyasından da qəddar olan vəhşi ərəbin dinini qəbul etdi? Ərəb işğal etdiyi Azərbaycan torpaqlarında islamı qəbul etməyənlərə suya və havaya görə xərac təyin etdi, hər bir ərəb əsgəri üçün bir ailədə, qız-qadınla təmin olunmaqla, gecələmək şərti qoydu. Hər bir öldürülən ərəb əsgərinə görə cavabdeh ailədən 5 kişi, kişilərin sayı çatmadığı təqdirdə qohumlarından olmaqla 5 nəfəri öldürməklə qisas alınırdı.Şərəfsizliyə dözə bilməyənlər kütləvi şəkildə insanlığa qənim kəsilmiş bu dini,yad bir ideologiyanı qəbul etmək zorunda qaldı.Yüz minlərlə ata və oğulları qılncdan keçirildi, ana və bacıları qənimət kimi ərəbistan bazarlarında qul kimi satışa çıxarıldı.

Bəşəriyyət hər hansı bir imperiyanın  işğalları zamanı yerli dinc əhali ilə belə şərəfsiz və qəddar davranış nümunəsi görməyib. Ərəb arxivlərində, ərəb mənbələrində minlərlə, milyonlarla belə tarixi faktlar var ki, oxuyub, dəhşətə gəlməmək olmur.

İslamın gəlişindən, türkün məişətinə nüfuzundan sonra antik türk dəyərləri, mədəniyyətləri yağmalandı, talan edildi.Min ildi, yad ideologiyaların məngənəsində boğulan türk əxlaqının deformasiyası nəticəsində bu durumadüşdük,bölündük, parçalandıq…

Bütün sivilizasiyalararası zamanlarda bəşəriyyətə, İNSANLIĞA nümunə olan türkə ərəbin əxlaqı, rusun kommunizmi, batının demokratiyası gərək idimi? Türk niyə özünə dönə, özgürlüyünə,əski idrakına çata bilmir? Nədən, beynəlxalq güclərin yaratdıqları və bizlərin həvəslə can atdığımız qurumların türkün əleyhinə olduğunu dərk edə bilmir? Hədəf, bu gün dünyaya sığmayan türkün ruhunu qurum- qruplar və çərçivələrdə boğmaq, onun bu qurumlardankənar düşüncələrinə öz ideoloji prinsiplərini sırımaq durur. Biz hələ də bu yad ideologiyaların, yad qurum-qrupların məngənəsindən çıxmaq əvəzinə, özümüz əlavə qurumlar yaradır, qruplara bölünür, kiçik və cılız məhəlli, konyuktur maraqlarımızın təmini barədə düşünürük…

TÜRKÜN QİBLƏSİ

Qiblə gəzib,ay namazı sorulan,
Babəkindi qollarından vurulan,
Şərəfini qanla yuyub,durulan,
Azad etsən Laçın,Şuşandı qiblən!

 

Biri yol göstərir irana sarı,
Birisi sür,deyir virana sarı.
Yetər ey türk,özün yaranı sarı,
Özcə əlin,özcə başındı qiblən!

 

Düşməyir dilindən,ərəb deyirsən,
Dağılmış qəbrinə Hələb deyirsən,
Günahında batır”ya rəbb”deyirsən,
Körpə qızların göz yaşında,qiblən.

 

Qılıncından keçirdi bir gecədə,
Yorulmadın yad qibləyə səcədə,
Yüzillərdi yatdın”min bir gecə”də,
Nağılında bitib, çaşandı qiblən.

 

Ümmətində şəcərəsiz soydular,
Məzhəbilə türkü üzə qoydular.
Nəsimimi diri-diri soydular,
Tarixlərə şahid yaşındı qiblən!

 

Bu cəhalət ağlına yatdın,yetər,
Molla-ərəb nağlına yatdın,yetər.
Tikdiyi astarı üzündən betər,
Huri,qılman yenə peşində,qiblən.

 

Türk qadını hələ at üstündəydi,
Fərhad Şirin üçün Bisütundəydi.
İbn(ə)ləri gəlib qəddini əydi.
Yad malıydı altı yaşında qiblən!

 

Bütləşibdi çoxdan ocağın,pirin,
Oyan bir az,qoy açılsın gözlərin.
Dözə-dözə hələ çoxmu səbirin?
Nağılı-nağıla qoşandı qiblən.

 

Başlamışdı dərdin farsdan öncəyə,
İtkin çoxdu hələ,rusdan öncəyə,
Gedib çıxdın,yenə Qarsdan öncəyə,
Xilaskarın,həmən Paşandı,qiblən!

 

Öz gəmimdən pay istəyib yetirən,
Yağmalandıq özümüzü itirən,
Qanlarıyla milyon lalə bitirən,
Torpağında neçə daşındı qiblən!

 

Şanlı keçmişinlə,özünlə öyün,
Qoy çalınsın”Cəngi”üstə toy-düyün.
Bayrağını hər gün öpüb qoyduğun,
Gözlərinin üstə qaşındı qiblən.

 

İLQAR TÜRKOĞLU

Share: