Mikayıl Müşfiqə aid olduğu ehtimal olunan qalıqların müayinəsi davam etdirilir

“Mikayıl Müşfiqə aid olduğu ehtimal olunan qalıqların müayinəsi bu gün də davam etdirilir”.

Kulis.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

O bildirib ki, lakin hələ bu istiqamətdə konkret bir nəticə yoxdur:

“Onunla yanaşı digər siyasi xadimlərin də qalıqları var idi. Həmin qalıqların da kimə aid olduğu müəyyənləşdirilməyib”.

Share: