“Microsoft” Ukraynaya texnoloji dəstəyini artıracaq

“Microsoft” şirkəti Ukraynaya texnoloji dəstəyini artıracaq. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bunu şirkətin vitse-prezidenti Bred Smit Ukraynanın rəqəmsal transformasiya naziri Mixailo Fedorov ilə görüşündə deyib.

O bildirib ki, gələn il Ukraynaya 100 milyon dollar məbləğində əlavə yardım göstərməyi düşünür:

“Bu yardım Ukraynadakı dövlət qurumlarının, infrastruktur obyektlərinin və digər sektorların öz rəqəmsal infrastrukturunu idarə etməyə və bulud vasitəsilə vətəndaşlara xidmət göstərməyə davam etməsini təmin edəcək”.


Share: