Messiyə görə bu oyunçular “Qızıl top”a sahib ola bilərlər — Adlar

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi gələcəkdə “Qızıl top”a sahib ola biləcək oyunçuların adlarını açıqlayıb.  

“Qafqazinfo” xəbər verir ki, o bunu “getfootballnewsfrance”ə açıqlamasında deyib.

O, bu mükafata Erlinq Haaland, Kilian Mbappe, Lamin Yamal və Junior Vinisiusunun layiq olduğunu bildirib.

Qeyd edək ki, “İnter Mayami” klubunun kapitanı 8-ci dəfə bu mükafata layiq görülüb.


Share: