Messi xəyalındakı klubu açıqladı

“Barselona”nın argentinalı ulduzu Lionel Messi uşaqlıqdan bəri formasını geyinmək istədiyi klubun adını açıqlayıb.

Messi “Barselona”dan sonra “Nyuels Old Boyz” klubunda oynamaq istədiyini bildirib.

30 yaşlı ulduz futbola başladığı kluba dönməyin xəyalını qurduğunu deyib:

“O klubda oynamaq xəyalımdır. Bunun nə vaxt həyata keçəcəyini bilmirəm”.

Qeyd edək ki, futbola “Nyuels Old Boyz”un futbol məktəbində başlayan Messi 2000-ci ildə “Barselona”ya keçib.

Share: