Messi üçün şok: Ən yaxşı oyunçu ola bilməyəcək

UEFA 2017-2018 mövsümünün ən yaxşı oyunçusu adına namizədlərin qısa siyahısını tərtib edib.

Müstəqil.Az Axar.az-a istinadla xəbər verir ki, siyahıya “Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriç, “Yuventus”un hücumçusu Kristiano Ronaldo və “Liverpul”un hücumçusu Məhəmməd Salah daxil olublar.

Argentina millisi və “Barselona” klubunun ulduzu Lionel Messi siyahıya düşə bilməyib.

Müstəqil.aZ

 

Share: