Messi “Sevilya”ya kabus yaşatdı – VİDEO

Fevralın 23-də İspaniya La Liqasının 25-ci turu çərçivəsində növbəti oyun keçirilib.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, La Liqanın son çempionu “Barselona” səfərdə “Sevilya”nın qonağı olub. Görüş kataloniyalıların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

“Barselona”nın heyətində Lionel Messi 26, 67 və 85-ci dəqiqələrdə fərqlənərək het-trik edib. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Luis Suarez qoyub. “Sevilya”nın qollarına isə Xesus Navas (22) və Qabriel Merkado (42) imza atıblar.

Növbəti turda “Barselona” səfərdə əsas rəqibi “Real Madrid”, “Sevilya” isə “Ueska” ilə qarşılaşacaq.

Share: