Merkel Ermənistanda “Günaydın, Azərbaycan” dedi – Avropa bunu danışır – VİDEO

Almaniya kansleri Angela Merkel Cənubi Qafqaza səfəri zamanı qəribə yanlışlığa yol verib.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, kansler instaqram hesabının hekayə bölməsinə İrəvanda çəkdiyi şəhər panoramasını paylaşıb və üzərində “Günaydın, Azərbaycan. Qafqaz ziyarətimin 3-cü günü” yazıb.

İnstaqram hekayələri 24 saatdan sonra avtomatik şəkildə silinsə də, fotonun ekran görüntüsü izləyicilər tərəfindən internetdə paylaşılıb.

Səfərdən 3 gün keçməsinə baxmayaraq, hadisə xarici medianın diqqətində qalıb. Xəbəri dərc edən nəşrlər Azərbaycanın bir parçası olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsini də qeyd ediblər.

Zümrüd

Share: