Dünyanın ən bahalı avtomobili hərracla satıldı-FOTO,VİDEO

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, RM Sothebys hərracında dünyanın ən bahalı maşını, 1963-cü il buraxılış Ferrari 250 GTO  satılıb.
Hərrac çəkici vurulanda avtomobil 48,4 milyon dollara satılıb. Müvafiq video hərrac içtirakçıları tərəfindən YouTube-də yerləşdirilib.
Mənbənin verdiyi məlumata görə bu avtomobil əvvəlki bahalı satış rekordunu təzələyib. O vaxt bu model 38,1 milyon dollara satılmışdı.
Qeyd etmək lazımdır ki, 1953-dən 1964-ə kimi Ferrari 250 GTO cəmi 36 ədəd istehsal edilib.
Avtomobilin əvvəlki sahibi Microsoft korporasiyasının keçmiş əməkdaşı Qreq Uitten olub. Avtomobilin yeni sahibi ABŞ-dan olan kolleksiyaçıdır, amma onun adı açıqlanmır.

Share: