Meksikadakı zəlzələ səhrada sunamiyə səbəb olub

Sentyabrın 19-da Meksikanın cənub-qərb sahillərində baş verən 7,6 bal gücündəki zəlzələ episentrdən 2 min kilometr aralıda yerləşən Ölüm Vadisi Milli Parkındakı mağarada sakit suları təlatümə gətirib.

Hündürlüyü bir metrdən bir qədər çox olan “sunami” Nevada ştatındakı Ölüm Vadisi Milli Parkında baş verib.

Parkın əməkdalarının sözlərinə görə, bu hal unikal deyil. Belə ki, Yaponiya, İndoneziya və Çiliyə qədər bütün dünyada baş verən zəlzələlər parkın mağaralarında sular üzərində dalğalara səbəb olur. Sonuncu belə “səhra sunamisi” 2019-cu ilin iyulunda dalğaların 4,5 metrə qədər yüksəldiyi zaman qeydə alınıb.

Amma dalğalar hər zəlzələ zamanı baş vermir. Alimlər izah edirlər ki, fəsadlar təkcə episentrin yerindən deyil, həm də dərinliyindən asılıdır.

Mənbə: gazeta.ru

Share: