Mehriban Zəki qəzaya düşdü

Abşeron rayonu ərazisində, Saray yolunda avtomobil qəzası baş verib.

Bu barədə APA-ya Xalq artisti Mehriban Zəki bildirib.

O, avtomobildə rejissor Oqtay Əliyev, aktrisa Dilarə Əliyevanın da olduğunu qeyd edib.

Mehriban Zəki xəsarət aldığını və hazırda Sumqayıt xəstəxanasına aparıldığını bildirib.

Qeyd edək ki, qəza zamanı Oqtay Əliyev həyatını itirib.

Share: