Medvedyevin oğlu Aİ-nin yeni sanksiya siyahısına daxil edilib

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin oğlu İlya Avropa İttifaqının şəxsi sanksiyalarının yeni siyahısına daxil edilib.

-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan sənəddə bildirilib.

Qeyd olunub ki,İlya Medvedyev 61-i fiziki şəxs və 86 təşkilat olmaqla, ümumilikdə 147 fiqurantın yer aldığı siyahıya daxil edilib.

Sənəddə Medvedyevin oğlunun Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində rəqəmsal xidmətlərin göstərilməsini təşkil etdiyi bildirilib. Aİ-yə görə, bu yolla o, “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və təhdid edən hərəkətləri və siyasəti” dəstəkləyib.

Bundan başqa, Aİ-nin şəxsi sanskiyalar siyahısına, Rusiya Hərbi Kosmik Qüvvələrinin komandanı, Viktor Afzalov, Moskva Şəhər Dumasının spikeri Aleksey Şapoşnikov, Altay Respublikasının başçısı Oleq Xoroxordin və Başqırdıstan rəhbəri Radiy Xabirov da sanksiya siyahısına daxil edilib.

Qeyd edək ki, bu gün Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanskiyalar paketini elan edib.

Share: