MDB XİN Şurası “Crocus”dakı terrorla bağlı bəyanat qəbul edəcək

MDB ölkələri Xarici İşlər Nazirliyi Şurasının Minskdə keçiriləcək iclasında “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı bəyanat qəbul edəcək.

-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Birliyin baş katibi Sergey Lebedev bildirib.

Qeyd edək ki, MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası Minskdə aprelin 12-də keçiriləcək. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iclasda iştirak etməyəcəyi məlum olub.

Share: