Mayın 12-də İranın aqibəti bəlli olacaq-Tramp qərarından DÖNMƏDİ

Ötən həftə ABŞ prezidenti Donald Trampın yaxını və yeni baş vəkili Rudolf Qiuliani prezidentin İranla nüvə silahlarına dair əldə edilən razılaşmadan geri çəkilmək istədiyini bildirmişdi.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, Vaşinqtonda keçirilən İran Azadlıq, İnsan haqları və Demokratiya Konfransında çıxış edən vəkil “Orta Şərqdə sülhü təmin etməyin tək yolu İranda rejimi dəyişməkdir” deyib və Trampın bu mövzuda qəti qərar qəbul etdiyini bildirib.

Tramp üçün İrandakı rejimin dəyişməsi İsrail-Fələstin sülhündən belə önəmli hala gəlib.

ABŞ prezidenti ötən ilin dekabrında İranda iqtisadi böhranla bağlı başlayan və hökuməti ittiham edən etiraz aksiyaları zamanı “dəyişikliyin zamanı gəldi” və “İran xalqı illərdir təzyiq altında saxlanılır” ifadələrini sosial media hesabında paylaşmışdı. Trampın B5+1 (ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin ve Almaniya) ölkələri ilə İran arasında 2015-ci ildə imzalanan və İranın nüvə proqramını məhdudlaşdırmasına qarşılıq olaraq ona tətbiq edilən beynəlxalq sanksiyaları ləğv etməsini vəd edən razılaşmanın aqibətinə 12 may tarixində qərar verəcəyi bildirilir.

Ötən həftə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Vaşinqtona səfəri zamanı Trampı razılaşmaya sadiq qalmağa çağırmış, ancaq istədikləri nəticəni ala bilməmişdilər.

Trampın hansı nəticəyə gələcəyi böyük maraq dairəsində ikən İran prezidenti Həsən Ruhani Vaşinqtonun razılşmadan vaz keçəcəyi təqdirdə, tarixi bir peşmanlıq yaşayacağını deyib.

Share: