Mask müstəqil seçiciləri Respublikaçılara səs verməyə çağırıb – FOTO

Amerikalı sahibkar İlon Mask heç bir partiyaya bağlı olmayan amerikalılara Demokratlar administrasiyasını tarazlaşdırmaq üçün konqres seçkilərində Respublikaçılara səs verməyi tövsiyə edib.

Bu barədə o, öz “Twitter” səhifəsində yazıb.

“Müstəqil düşüncəli seçicilərə: Hakimiyyətin bölüşdürülməsi hər iki partiyanın ən pis tərəflərini məhdudlaşdırır. Ona görə də prezidentin demokrat olduğunu nəzərə alaraq, Respublikaçılar Konqresinə səs verməyi tövsiyə edirəm”, – Mask qeyd edib.

Xatırladaq ki, ABŞ-da aralıq seçkiləri bu gün keçiriləcək. Amerikalılar Nümayəndələr Palatasına üzvləriniı, Senatın üçdə birini, bir çox ştatların qanunverici orqanlarını və qubernatorlarını seçəcəklər.

 


Share: