Masallıda iki “Mercedes” toqquşub, yaralılar var

Masallıda yol qəzası baş verib.

-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Boradigah kəndi ərazisində baş verib.

Masallı rayonunun Hişkədərə kənd sakini 1973-cü il təvəllüdlü Rövşən Əliyev idarə etdiyi “Mercedes” markalı 99-GG-393 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən, Masallı rayonunun Türkoba kənd sakini 1992-ci il təvəllüdlü Nurlan Məmmədovun idarə etdiyi “Mercedes” markalı 44-CK-316 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Share: