Masallıda avtomobil 65 yaşlı kişini vuraraq öldürüb

Masallıda avtomobil piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, 1959-cu il təvəllüdlü Sakit Rəhimov idarə etdiyi “Hyundai Azero” markalı avtomobillə rayonun Yeddioymaq kəndi ərazisində hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Xanağa Abdullayevi vurub.

Piyada aldığı xəsarətdən xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Share: