Marşrut avtobusu mikroavtobusla TOQQUŞDU

Bakının Sahil qəsəbəsi 20-ci sahə ərazisində marşrut avtobusu mikroavtobusla toqquşub.

Müstəqil.Az-a Səhiyyə Nazirliyindən  verilən xəbərə görə, Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub.

İlkin məlumata görə, 6 nəfər xəsarət alıb. 51, 28, 43,34 yaşlı kişilər, 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla KTM-ə çatdırılıblar . 17 yaşlı oğlana yerində yardım edilib.

Müstəqil.Az

Share: