Mark Zukerberq haqqında sənədli film çəkilir

Britaniyanın “Sky” telekanalı Mark Zukerberq haqqında sənədli film çəkməyi planlaşdırır.

Kulis.az xəbər verir ki, “Zuckerberg: Metaverse King” adlanacaq filmə sahibkarın həyatından bəhs edən arxiv kadrları, həmçinin Zukerberqin qohumları və dostları ilə olan münasibətlərini əks etdirən kadrlar daxil ediləcək.

Filmin rejissoru Böyük Britaniyanın tarixi , kral ailəsinin həyatı və Vladimir Putin haqqında sənədli filmləri ilə tanınan Nik Qrin olacaq. Ekran işinin müddətinin 90 dəqiqə olması düşünülür.

Share: