Maral Səhvən şəhər mərkəzinə endi,təşvişə düşüb çaya tullandı

ABŞ-ın Kentucky əyalətində maraqlı bir hadisə baş verib. Səhvən şəhər mərkəzinə enən bir maral izdihamdan təşvişə düşüb və çaya tullanıb. Vətəndaşlar qışqıraraq gedərkən qorxuya düşən heyvan üzərək uzaqlaşıb.

Müstəqil.Az türk mətbuatına istinadən xəbər verir ki, insanlar o ana səs-küy salaraq şahidlik edib. Üzməyə başlayan maral sürətlə oradan uzaqlaşıb.

Share: