“Manpası” verilişində xoş surpriz, tələbə qızın təhsil haqqı ödəndi – VİDEO

Bu gün “Media FM – 105.5” radiostansiyasında həftə içi yayımlanan “Manpası” verilişində efirə qoşulan ata və qızı gözlənilmədən xoş sürprizlə qarşılaşıblar.

Belə ki, Azərbaycan Dillər Universitetinin tələbəsi olan Nərmin atası ilə birgə verilişin aparıcıları DJ Fateh və Rəvan Bağırovun suallarına doğru cavab verib. Veriliş Nərminin bir illik təhsil haqqını ödəyib.

Dj Fateh məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.

“Ata və qızı bir müddət öncə yarışmamızda iştirak etmişdilər. Lakin sonuncu suala doğru cavab verə bilmədilər və bundan çox təəssüfləndilər. Dedilər ki, oyunda qazanacaqları 100 manat pulu təhsil haqqının üstünə qoyacaqdılar. Onlar bildirdilər ki, təhsil haqqının yarısını ödəyiblər, qalan hissəsi isə hələ də ödənilməyib.

Belə olan halda biz sponsorlarımıza müraciət etdik. Ata-balanın bir daha oyunumuzda iştirak edib suallara doğru cavab verəcəkləri təqdirdə təhsil haqqının qalan 50 faizini verəcəyimizi söylədik.

Elə bu gün ata ilə qızı yenidən oyunumuza qatılıb 10 sualdan 10-na doğru cavab verdilər. Biz isə sözümüzə əməl etdik. Sponsorumuz onlara içində 1250 manat pul olan kartı təqdim etdilər”.

Müstəqil.Az

Share: