Manga qrupunun konserti oldu

Türkiyənin məşhur rock musiqi qrupu “Manga”nın Bakı Konqres Mərkəzində konserti baş tutub.

Kulis.az xəbər verir ki, qrup konsert öncəsi media nümayəndələri ilə görüşüb, onların suallarını cavablandırıb.

Rock qrupunun solisti Ferman Akgül müsahibə zamanı jurnalistlərin Türkiyənin yenidən “Eurovision” da təmsil edilməsi ilə bağlı çoxsaylı suallarına aydınlıq gətirib:

“Biz “Eurovision”na qatılmadan öncə də, sonra da adımız həmişə bu musiqi yarışmasında hallanıb. Bu bizim üçün qürurvericidi. Düşünürəm ki, artıq vəzifəmizi yerinə yetirmişik. İndi yeni, daha gənc qruplar yaranıb. Sıra onlarındır. Ümid edirik Türkiyə “Eurovision”na yenidən qatılar və yeni yaranan qruplardan biri orada iştirak edib birincilik qazanar”.

Qeyd edək ki, məşhur qrupun səhnəsində əməkdar artist Sevda Ələkbərzadə də yer alıb. Onlar birlikdə “Ulu Vətən “ mahnısını səsləndiriblər.

Share: