“Mançester Siti”dən 6 qollu, “Liverpul”dan əzmkar qələbə

İngiltərə Premyer Liqasında 5-ci turun oyunları keçirilir.

“Qafqazinfo”  xəbər verir ki, bu gün daha 5 qarşılaşma baş tutub.

“Bornmut” – “Vulverhempton” matçında qapılara qol vurulmayıb. “Arsenal” doğma meydanda “Aston Villa”ya qalib gəlibsə, Londonun digər təmsilçisi “Tottenhem” “Vest Hem”in müqavimətini qıra bilməyib. “Liverpul” “Nyukasl”la ev oyununda çətin və əzmkar qələbəyə sevinib. “Mançester Siti” isə “Nottingem Forest”lə oyunda 6 cvavabsız qolla qalib gəlib.

İngiltərə Premyer Liqası

5-ci tur

31 avqust

Arsenal – Aston Villa 2:1

Qol: Q.Jezus, 30. Martinelli, 77 – Duqlas, 74.

Bornmut – Vulverhempton 0:0

Mançester Siti – Nottingem Forest 6:0

Qol: Haland, 12; 23; 38. Kanselo, 50. Alvares, 65; 87.

Vest Hem – Tottenhem 1:1

Qol: Souçek, 55 – Kehrer, 34-öz qapısına.

Liverpul – Nyukasl 2:1

Qol: Firmino, 61. Karvalyo, 90+8 – İsak, 38.


Share: