Makron Zelenskiyə zirehli texnika vəd etdi

Fransa Ukraynaya yerli istehsalı olan “AMX-10 RC” zirehli döyüş maşınları göndərəcək.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı bildirib. 

Onun sözlərinə görə, ilk dəfə Qərb istehsalı olan zirehli texnika Ukrayna ordusuna dəstək olaraq göndərilir. 

Bununla belə, sözügedən texnikanın Ukraynaya hansı tarixdə və miqdarda göndəriləcəyi açıqlanmayıb.


Share: