Makedoniyalı İsgəndərin ölümünə səbəb olan nadir xəstəlik…

Yeni Zellandiyadan olan həkimlər Makedoniyalı İsgəndərin ölüm səbəbini  müəyyən ediblər. Katerina Holl və onun kolleqalarının fikrinə görə, məşhur sərkərdənin ölümünə səbəb nadir xəstəlik olub.
Medicina.az bildirir ki, araşdırmaçılar sərkərdənin ölümü ilə bağlı irəli sürdükləri hipotezi sübutlarla da təsdiqləyiblər.
Onlar belə hesab edirlər ki, onun ölüm səbəbi Guillain Barre sindromu olub. Çox nadir rast gəlinən bu sindrom insanın immun sistemi onun periferik sinirlərini məhv edir. Xəstəlik nəticəsində xəstə iflic ola və hətta dünyasını dəyişə bilər.
Əldə edilən məlumatlara əsasən ölümdən bir neçə gün əvvəl 32 yaşlı hökümdarın qızdırması qalxıb, qarnında ağrılar olub. Eləcə də onda simmetrik iflic də müşahidə edilib.
Xəstəlik səbəbindən Makedoniyalı İsgəndər bu xəstəlik ucbatından tamamilə iflic olaraq yalnız nəfəs almışdır. Buna görə də onu sağ ikən ölü olduğunu düşünmüşlər.
Qeyd edək ki, Guillain Barre sindromu, iflicə səbəb olan xəstəliklər arasında ən çox rast gəlinəni hesab olunur. Bu sindrom Campylobacter pylori adlanan infeksiyanın inkişafı ilə meydana çıxır.
Xəstəlik çox vaxt ayaqlardan başlayaraq qollara, daha sonra üzə, çənə əzələlərinə, ağır formalarda isə tənəffüs əzələlərinə doğru yayılan əzələ zəifliyi ilə müşahidə edilir. Ağrılar bir müddət sonra belə və ayaqlara yayılır. Əzələlərdə vibrasiyayabənzər titrəmələr, gücsüzlük yaranır. Xəstəlik xəstənin tam iflic olması və bir çox hallarda ölümlə nəticələnir.
Müstəqil.Az
Share: