Mahsun Kırmızıgüldən keçmiş xanımına 30 milyon qaldı

Türkiyəli müğənni Mahsun Kırmızıgüllə keçmiş həyat yoldaşı Ece Binayın boşanma məhkəmələri ilə bağlı detallar ortaya çıxıb.

 

 

Müstəqil.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 60 milyon lirəlik miras bölgüsündə 30 milyon lirə Ece Binaya verilib.

Qeyd edək ki, bir müddət öncə başqa xanımla görüntüləri yayılan sənətçi 2 gün öncə həyat yoldaşıyla boşanıb. Mahsun və Ecenin bu evlilikdən bir qızı var. Məhkəmə uşağın vəlayətini isə anasına verib.

Müstəqil.Az

Share: