Mahir oynadı, komandası heç-heçə etdi

Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” da bu gün növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ümraniyəspor”la qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

Mahir də bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və 67-ci dəqiqədə əvəzlənib.

“Konyaspor” hazırda 35 xalla 8-ci pillədə qərarlaşıb.


Share: