Mahir Emreli qol vurdu, “Dinamo” darmadağınla qazandı — Video

Xorvatiya çempionatında 3-cü turun oyunları keçirilib.

Müstəqil.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su “İstra 1961” klubu ilə üz-üzə gəlib.

Paytaxt klubu matçda 4:1 hesablı qələbə qazanıb. 81-ci dəqiqədə meydana çıxan Mahir Emreli qarşılaşmada fərqlənməyi bacarıb. O, 88-ci dəqiqədə komandasının 4-cü qolunu vurub.

 

Müstəqil.Az

Share: