Mahir Emreli “Dinamo”da bu qədər maaş alacaq

Millimizin üzvü Mahir Emrelinin yeni klubu “Dinamo”da (Zaqreb) nə qədər qazanacağı məlum olub.

Müstəqil.Az  xəbər verir ki, 25 yaşlı hücumçu Xorvatiya təmsilçisində illik 500 min avroya (təxminən 1 milyon manata) oynayacaq. Bu, bonuslarla birgə alınan yekun rəqəmdir.

Mahir “Legiya”da daha az alırdı – təxminən 300 min avro.

Xatırladaq ki, millimizin forvardı “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb

Müstəqil.Az

Share: