Magistraturaya sənəd qəbulu başa çatıb

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.

Dövlət İmtahan Mərkəzindən -ya verilən xəbərə görə, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılıb.

8 aprel saat 23:59-a olan məlumata əsasən, 25328 bakalavr (Azərbaycan bölməsi – 23402; rus bölməsi – 1926) ərizəsini təsdiq edib.

Xatırladaq ki, ərizə qəbulu martın 28-də başlanıb və 8 aprel saat 23:59-dək davam edib.

Share: