Mağazadan şokolad oğurlamaq istədi, nəzarətçini bıçaqladı

Bakıda mağazadan oğurluq edən şəxs nəzarətçini bıçaqlayıb.

“Qafqazinfo” xəbər verir ki, naməlum şəxs Nizami rayonu Özbəkistan küçəsində yerləşən “Bazarstore” mağazasından 240 manat dəyərində olan beş qutu şokoladı oğurlamaq istəyib. Bu vaxt onu tutmağa çalışan nəzarətçi Nəsibli Rahil Oktay oğlunu bıçaqlayaraq hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.


Share: