Madonnanın qardaşı vəfat etdi

Dünyaca məşhur müğənni Madonnaya ağır itki üz verib.

Kulis.az xəbər verir ki, sənətçinin qardaşı Entoni Cikkon vəfat edib. Bu barədə onun bacısının əri Co Henri məlumat yayıb.

Qeyd edək ki, bir müddət əvvəl Madonna və ailəsi Entonidən uzaqlaşıb. Mərhum uzun illərdir ki, içki aludəçisi olub. Entoni bacısını onu himayə etmədiyi üçün təhqir edib, küçədə yaşamağa başlayıb. “Donub ölsəm, ailəm bundan xəbərsiz olar”, – müsahibələrinin birində bildirib.

Madonna isə qardaşı ilə bir-birilərini heç vaxt sevmədiklərini söyləyib.

Share: