Madonna yenidən səhnədə

Amerikalı müğənni Madonna iştirak edəcəyi tur tarixlərini açıqlayıb.

Kulis.az xəbər verir ki, sənətçi səhhəti ilə əlaqədar təxirə saldığı konsertlərin dəqiq tarixini açıqlayıb:

Müğənni oktyabrın 14-də Londonda, daha sonra isə musiqi karyerasının qırx illiyi ilə bağlı Belçika, Danimarka, İsveç, İspaniya, Fransa və digər şəhərlərdə konsert verəcək.

Qeyd edək ki, turun Şimali Amerika mərhələsi dekabrın 13-də Bruklində baş tutacaq.

Share: