Macarıstan Aİ-nin Rusiya-Ukrayan müharibəsini ikinci ili ilə bağlı bəyanatına veto qoyub

Macarıstan Rusiya-Ukrayna müharibəsinin ikinci ili münasibətilə Avropa İttifaqına üzv ölkələrin birgə bəyanat imzalamasına icazə verməyib.

m xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamentinin prezidentləri birgə bəyanat dərc ediblər.

Belə bir bəyanatın fevralın 23-də açıqlanacağı gözlənilirdi, lakin Macarıstanın veto qoyması səbəbindən bu baş vermədi.

“Bloomberg”in mənbəsi həmçinin NATO üzvü olmayan AB üzvünün də bəyanatın bəzi hissələrinə şübhə etdiyini bildirib.

Macarıstan Ukraynadakı münaqişə ilə bağlı Avropa İttifaqında xüsusi mövqe tutur.

Share: