m10 elektron pulqabının tərəfdaşlığı ilə “Bakı Marafonu 2023” keçiriləcək

Mayın 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu – 2023” keçiriləcək. Bu il marafonda 15 minədək iştirakçının yarışması gözlənilir.

İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyan “Bakı Marafonu – 2023”ün rəsmi tərəfdaşlarından biri m10 elektron pulqabıdır. Korporativ sosial məsuliyyət çərçivəsində bu il m10 200 atletdən ibarət geniş heyətlə marafonda iştirak edir.

Marafonun əyləncə zonasında həm atletlər, həm də qonaqlar m10 stendinə yaxınlaşaraq elektron pulqabı haqda ətraflı məlumat almaq, əylənmək və qazanmaq fürsəti əldə edəcəklər. m10 həmçinin distansiyanın yarısını qət edən atletlərə 10-cu kilometrdə dəstək olacaq.

“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı Marafonu Dövlət Bayraq Meydanından start götürür və 21 kilometrlik məsafə təşkil edir. Burada Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən atletlər hər il iştirak edir. Marafonun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Bundan əlavə, qadın və kişi kateqoriyası üzrə atletlər arasında 10-cu yer sahiblərinin m10 balansına rəsmi tərəfdaş tərəfindən 1000 AZN məbləğində mükafat köçürüləcək.

Sizi “Bakı Marafonu 2023”də gözləyirik!


Share: