M. Surə-zadə: Gözündən yol çək könlümə, Məndən keçib gəlim sənə.

  M. Surə-zadə: Gözündən yol çək könlümə, Məndən keçib gəlim sənə.

Yoxlugun coğrafiyası 

Yenə ürəyimə yağır həsrətin,
Yağışlı bir axşam qəm selindəyəm.
Sən olan küçənin tən ortasında
Boynuma sarılan qəm əlindəyəm.
***
İntizar havası alıb hər yanı,
Yoxluğun şəhərin üstünə çöküb.
Sənin xatirəndən didərgin düşən
Xəyallar kölgəsin üstümə töküb.
***
Yaxşi ki, bu gecə səni unudub,
Yaxşi ki, səni də unudan varmış.
Sənin şəhərində sən olmayanda
Leysanın ələyib ovudan varmış…
***
Bu axşam, bu saat sahil bağında
Adını unudub mən də gedirəm .
Bütün küçələri həsrət Bakinı
Qoyub həmisəlik səndə, gedirəm.
***
Hava yağmurludu, gözüm üşüyür,
İndi bu küçənin gölü kimiyəm.
Dayanıb həsrətin yol ayrıcında
Özünə ağlayan ölü kimiyəm.
19.05.2026

Səndən qalan

Gözündən yol çək könlümə,
Məndən keçib gəlim sənə.
İntizar bürüyüb məni ,
Bağli qalıb əlim sənə.
***
Qaydalari bir də yazım –
Gəlim uzaq şəhərlərdən.
Gəlim şeir deyim sənə?–
Açilmayan səhərlərdən .
***
Sahil boyu dalğalanan
Küləkləri gəlim yığım.
Könlüm sənsiz qəribsəyib–
Bir şeirlik yağış yağım…
***
Səndən küsən ağacların
kölgəsinə çiçək çəkim.
Həsrətimin sən yerinə
Bir az təzə ümid əkim.
,***
Səndən sonra gələn günlər
Heç bir təzə söz demədi.
Ömür adlı zaman bizi
Bircə gün də gözləmədi.
***
..Gözündən yol çək könlümə
Qürbətimdən köçüb gəlim.
Görüş yeri ordadırsa
Ömrümdən gün seçib gəlim.
20.06.2026.

İçimdəki cəhənnəm.

Xəritələr soldu zamanın əlində
nə fərq edər–
hansı dənizin sahilini sevdim,
hansı limanda göz yaşımı qoyub getdim,
ömrümdə nə qədər can çəkdim yoxluğuna,
harda küləklər ürəyimin içindən əsib keçdi,
varidat kimi
qoruyub saxladığım səsin
səni unutmağa verdiyim əhdi
hansı şəhərdə əzib keçdi,
nə fərqi var…
Gəmilər həsrətimi üfüqlərə daşıdı,
yollar bilet–bilet elimdən keçdi,
xəyalıma yük oldu vağzalların kölgəsi,
nə fərqi var,
vağzalın fit səsindən
daha da uca gəldi ayrılığın iç səsi.
Səndən sonra da səhər açıldı,
səndən sonra da günəş dünyanı qızdırdı,
ay sükutla doğdu,
messenger mesajla doldu,
səndən sonra da sevgi şeirləri yazanlar oldu,
ağ üzü ağ bəxtə yozanlar oldu ,
nə fərqi ?! –
yolları nahaq yordum,
mən getdiyim hər yerə
sən adli cəhənnəmi ürəyimdə apardim.
21.05.2026.
Share: